ٱلَّيْل
Leyl surəsi
21 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ
And olsun (qaranlığı ilə ətrafı) bürüməkdə olan gecəyə!
- 2
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
And olsun aydınlanmaqda olan gündüzə!
- 3
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ
And olsun kişini və qadını yaradana!
- 4
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ
Həqiqətən, sizin cəhdləriniz müxtəlif cürdür.
- 5
فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ
Kim (haq sahibinə) haqqını verər, Allahdan qorxar,
- 6
وَصَدَّقَ بِٱلْحُسْنَىٰ
Və ən gözəl olanı (kəlmeyi-tövhidi) təsdiqləyərsə,
- 7
فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ
Biz də ən asan olanı (cənnətə girə bilməyi) onun üçün asanlaşdırarıq.
- 8
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ
Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz,
- 9
وَكَذَّبَ بِٱلْحُسْنَىٰ
Və ən gözəl olanı (kəlmeyi-tövhidi) təkzib edərsə,
- 10
فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ
Onun üçün də ən çətin olanı (cəhənnəmə girməyi) asanlaşdırarıq.
- 11
وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ
Ora düşdüyü zaman mal-mülkü ona heç bir fayda verməz.
- 12
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ
Şübhəsiz ki, doğru yolu göstərmək bizə aiddir.
- 13
وَإِنَّ لَنَا لَلْـَٔاخِرَةَ وَٱلْأُولَىٰ
Əlbəttə, axirət də, dünya da Bizimdir.
- 14
فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ
Ona görə də mən sizi alov saçan bir odla xəbərdar etdim.
- 15
لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى
Ora yalnız ən bədbəxt olan girər.
- 16
ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ
O (bədbəxt) ki, haqqı yalanlamış və üz döndərmişdir.
- 17
وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى
Allahdan ən çox qorxan isə oradan uzaq tutular.
- 18
ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ
O kimsə ki, malını (Allah yolunda) verər və (günahlardan) təmizlənər.
- 19
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍ تُجْزَىٰٓ
O, etdiklərinə görə başqaları tərəfindən mükafatlandırılmağı gözləməz.
- 20
إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ
O bunu, sadəcə, ən uca olan Rəbbinin rizası üçün edər.
- 21
وَلَسَوْفَ يَرْضَىٰ
Həqiqətən, o, (Allahın verəcəyi nemətlərdən) razı qalacaqdır.