ٱلشَّمْس
Şəms surəsi
15 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
وَٱلشَّمْسِ وَضُحَىٰهَا
And olsun günəşə və onun aydınlığına!
- 2
وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا
And olsun ondan sonra çıxan aya!
- 3
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
And olsun onu (günəşi) üzə çıxardan gündüzə!
- 4
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا
And olsun onu (günəşi) örtən gecəyə!
- 5
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا
And olsun göyə və onu xəlq edənə!
- 6
وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا
And olsun yer üzünə və onu döşəyənə!
- 7
وَنَفْسٍ وَمَا سَوَّىٰهَا
And olsun nəfsə, onu yaradıb surət verənə, ona şər və xeyir duyğularını ilham edənə!
- 8
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا
Ayə nömrə 7. bax
- 9
قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا
Nəfsini günahdan təmizləyən nicat tapmışdır.
- 10
وَقَدْ خَابَ مَن دَسَّىٰهَا
Nəfsini günaha batıran isə ziyana düşmüşdür.
- 11
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ
Səmud qövmü azğınlığı ucbatından haqqı təkzib etdi.
- 12
إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا
Onların ən bədbəxti (Allahın möcüzə olaraq göndərdiyi dəvəni kəsməyə) cumduğu zaman,
- 13
فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَـٰهَا
Allahın elçisi (Saleh peyğəmbər) onlara: “Allahın dəvəsinə və onun su içməsinə mane olmayın!” - demişdi.
- 14
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا
Ancaq onlar peyğəmbəri təkzib etdilər və dəvəni kəsdilər. Rəbbi də günahlarına görə onlara əzab göndərdi və oranı yerlə-yeksan etdi.
- 15
وَلَا يَخَافُ عُقْبَـٰهَا
Allah bunun nəticəsindən (cəzalandırmaqdan) qorxmaz.