ٱلضُّحَىٰ

Duha surəsi

11 ayə · Məkkədə nazil olmuşdur

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

  1. 1

    وَٱلضُّحَىٰ

    And olsun səhərə!

  2. 2

    وَٱلَّيْلِ إِذَا سَجَىٰ

    And olsun sakitləşməkdə olan gecəyə!

  3. 3

    مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ

    Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu. (Bir müddət Həzrət Peyğəmbərə vəhy gəlməmişdi. Bu əsnada müşriklər: “Rəbbi onu tərk etdi, ona acığı tutdu”, - deməyə başladılar. Bu isə Həzrət Peyğəmbərə pis təsir etmiş, buna görə də yuxarıdakı ayələr vəhy edilərək ona təsəlli verilmişdir.)

  4. 4

    وَلَلْـَٔاخِرَةُ خَيْرٌ لَّكَ مِنَ ٱلْأُولَىٰ

    Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir.

  5. 5

    وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ

    Tezliklə Rəbbin sənə (nemət) verəcək, sən də razı qalacaqsan.

  6. 6

    أَلَمْ يَجِدْكَ يَتِيمًا فَـَٔاوَىٰ

    O səni yetim görüb sənə sığınacaq vermədimi?!

  7. 7

    وَوَجَدَكَ ضَآلًّا فَهَدَىٰ

    Səni çaşqın halda görüb doğru yola yönəltmədimi?!

  8. 8

    وَوَجَدَكَ عَآئِلًا فَأَغْنَىٰ

    Səni yoxsul görüb zəngin etmədimi?!

  9. 9

    فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ

    Elə isə yetimi xor görmə!

  10. 10

    وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ

    Dilənçini də qovma!

  11. 11

    وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

    Və Rəbbinin sənə olan nemətindən bəhs et!