ٱلْبَلَد
Bələd surəsi
20 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
لَآ أُقْسِمُ بِهَـٰذَا ٱلْبَلَدِ
And içirəm bu şəhərə (Məkkəyə)!
- 2
وَأَنتَ حِلٌّۢ بِهَـٰذَا ٱلْبَلَدِ
Sən də bu şəhərdə yaşayırsan.
- 3
وَوَالِدٍ وَمَا وَلَدَ
And olsun ataya və ondan dünyaya gələnə!
- 4
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِى كَبَدٍ
Biz insanı çətinliklər içində yaratdıq.
- 5
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ
O, heç kəsin ona gücü çatmayacağınımı zənn edir?
- 6
يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا
O: “Mən çoxlu mal-mülk sərf etmişəm!” - deyir. (Yuxarıdakı ayədə müşriklərin Həzrət Peyğəmbərə düşmənçilik yolunda mal-mülklərini sərf etmələrinə işarə olunur.)
- 7
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ
O, heç kimin onu görmədiyinimi zənn edir?!
- 8
أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ
Biz ona iki göz, bir dil və iki dodaq vermədikmi?!
- 9
وَلِسَانًا وَشَفَتَيْنِ
Ayə nömrə 8. bax
- 10
وَهَدَيْنَـٰهُ ٱلنَّجْدَيْنِ
Biz ona iki yol (yaxşı və pis yol) göstərdik.
- 11
فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ
Ancaq o, əqəbəni (maneələri) keçə bilmədi.
- 12
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ
Sən haradan biləsən ki, əqəbə nədir?!
- 13
فَكُّ رَقَبَةٍ
O, kölə azad etməkdir,
- 14
أَوْ إِطْعَـٰمٌ فِى يَوْمٍ ذِى مَسْغَبَةٍ
Yaxud aclıq günündə yemək yedirməkdir,
- 15
يَتِيمًا ذَا مَقْرَبَةٍ
Qohumluğu çatan bir yetimə,
- 16
أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ
Yaxud heç bir şeyi olmayan yoxsula.
- 17
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ
Sonra da iman gətirən, bir-birinə səbir etməyi tövsiyə edən və mərhəmətli olmağı tövsiyə edənlərdən olmaqdır.
- 18
أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ
Onlar sağ tərəfdəkilərdir.
- 19
وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِنَا هُمْ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ
Ayələrimizi inkar edənlər isə sol tərəfdəkilərdir.
- 20
عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌۢ
Od onları hər tərəfdən bürüyəcəkdir.