ٱلْفَجْر
Fəcr surəsi
30 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
وَٱلْفَجْرِ
And olsun dan yerinə!
- 2
وَلَيَالٍ عَشْرٍ
And olsun on gecəyə!
- 3
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ
And olsun cütə və təkə!
- 4
وَٱلَّيْلِ إِذَا يَسْرِ
And olsun ötüb keçən gecəyə!
- 5
هَلْ فِى ذَٰلِكَ قَسَمٌ لِّذِى حِجْرٍ
Məgər ağıl sahiblərinə görə bunlara and içilməzmi?!
- 6
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
Rəbbinin Ad qövmünə nə etdiyini görmədinmi?!
- 7
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ
Bəs sütunları (yüksək binaları) olan İrəmə?!
- 8
ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَـٰدِ
Məmləkətlər arasında onlar kimisi yaradılmamışdı.
- 9
وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ
Vadidə qayaları oyan (və ev düzəldən) Səmud qövmünə də!
- 10
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ
Dirəklər sahibi Firona da! (Rəvayətə görə, Firon işgəncə vermək istədiyi kimsələr üçün yerə dört dirək basdırdar, onları əllərindən və ayaqlarından bu dirəklərə bağlayıb işgəncə verərmiş.)
- 11
ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَـٰدِ
Onlar öz yurdlarında azğınlıq etmişdilər.
- 12
فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ
Oralarda çoxlu fitnə-fəsad törətmişdilər.
- 13
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ
Buna görə də Rəbbin onlara əzab qamçısı endirdi.
- 14
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ
Şübhəsiz ki, sənin Rəbbin daim nəzarət edir.
- 15
فَأَمَّا ٱلْإِنسَـٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ
İnsana gəlincə, nə zaman Rəbbi onu sınamaq üçün ehtiram göstərib ona nemət bəxş etsə, o: “Rəbbim mənə ehtiram göstərdi!” - deyər.
- 16
وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَـٰنَنِ
Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər.
- 17
كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ
Xeyr! Siz yetimə yaxşılıq etmirsiniz.
- 18
وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
Yoxsulu yedirtmək barəsində də bir-birinizi təşviq etmirsiniz.
- 19
وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًا لَّمًّا
Mirası (halal-harama baxmadan) hərisliklə yeyirsiniz.
- 20
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّا جَمًّا
Mal-mülkü çox sevirsiniz.
- 21
كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّا دَكًّا
Xeyr! Yer üzü sarsılıb parça-parça olduğu,
- 22
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّا صَفًّا
Mələklər səf-səf düzüldükləri halda Rəbbin (Rəbbinin əmri) gəldiyi,
- 23
وَجِا۟ىٓءَ يَوْمَئِذٍۭ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ
Və cəhənnəm gətirildiyi zaman məhz o gün insan (bütün etdiklərini) xatırlayacaqdır. Ancaq xatırlamağın ona nə faydası var?!
- 24
يَقُولُ يَـٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى
O: “Kaş (axirət) həyatım üçün çalışaydım”, - deyəcəkdir.
- 25
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌ
Artıq o gün heç kim Allahın verdiyi əzabı verə bilməz.
- 26
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌ
Heç kim Onun buxovladığı kimi buxovlaya bilməz.
- 27
يَـٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ
(O gün Allah möminlərə belə səslənəcəkdir:) “Ey rahatlıq tapan nəfs (insan)!
- 28
ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً
Sən Rəbbindən, Rəbbin də səndən razı qalmış halda Ona dön!
- 29
فَٱدْخُلِى فِى عِبَـٰدِى
Beləcə, (yaxşı) bəndələrimin arasına daxil ol,
- 30
وَٱدْخُلِى جَنَّتِى
Və cənnətimə gir!”