ٱلْغَاشِيَة
Ğaşiyə surəsi
26 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَـٰشِيَةِ
(Ey Peyğəmbər!) Hər tərəfi bürüyənin (qiyamətin) xəbəri sənə gəlib çatdımı?!
- 2
وُجُوهٌ يَوْمَئِذٍ خَـٰشِعَةٌ
O gün elə üzlər vardır ki, zəlil bir halda olacaqlar.
- 3
عَامِلَةٌ نَّاصِبَةٌ
Onlar (xilas olmaq üçün) çırpınacaqlar, (ancaq boş yerə) yorulacaqlar.
- 4
تَصْلَىٰ نَارًا حَامِيَةً
Onlar qızmar oda girəcəklər.
- 5
تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍ
Onlara qaynar su bulağından içirdiləcəkdir.
- 6
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ
Onların quru tikandan başqa yeməkləri olmayacaqdır.
- 7
لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍ
(O yemək onları) nə doydurar, nə də aclıqdan xilas edər.
- 8
وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ
O gün elə üzlər də vardır ki, sevinclidirlər.
- 9
لِّسَعْيِهَا رَاضِيَةٌ
Onlar (dünyada) etdiklərindən razıdırlar.
- 10
فِى جَنَّةٍ عَالِيَةٍ
Uca cənətdədirlər.
- 11
لَّا تَسْمَعُ فِيهَا لَـٰغِيَةً
Orada boş söz eşitməzlər.
- 12
فِيهَا عَيْنٌ جَارِيَةٌ
Orada axar çeşmələr vardır.
- 13
فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ
Orada hündür taxtlar,
- 14
وَأَكْوَابٌ مَّوْضُوعَةٌ
(Çeşmə başlarına) qoyulmuş qədəhlər,
- 15
وَنَمَارِقُ مَصْفُوفَةٌ
Yan-yana düzülmüş yastıqlar,
- 16
وَزَرَابِىُّ مَبْثُوثَةٌ
Sərilmiş xalılar vardır.
- 17
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ
Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!
- 18
وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ
Göyün necə yüksəldildiyinə,
- 19
وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ
Dağların necə yerləşdirildiyinə,
- 20
وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ
Yer üzünün necə döşəndiyinə (baxmırlarmı)?!
- 21
فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ
(Ey Peyğəmbər!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.
- 22
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ
Sən onları məcbur edən deyilsən.
- 23
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
Ancaq kim üz döndərər və haqqı inkar edərsə,
- 24
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ
Allah onu ən böyük əzabla cəzalandıracaqdır.
- 25
إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ
Şübhəsiz ki, onların dönüşü Bizədir.
- 26
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم
Sonra onları sorğu-suala çəkmək də Bizə məxsusdur.