ٱلْأَعْلَىٰ

Ə`la surəsi

19 ayə · Məkkədə nazil olmuşdur

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

  1. 1

    سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى

    Ən uca olan Rəbbinin adını təsbeh et!

  2. 2

    ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ

    O, hər şeyi yaradıb nizama saldı.

  3. 3

    وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ

    O, hər şeyin miqdarını təyin etdi və doğru yolu göstərdi.

  4. 4

    وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ

    O, (torpaqdan) otlağı çıxartdı.

  5. 5

    فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ

    Sonra da onu qaralmış quru bir samana çevirdi.

  6. 6

    سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ

    Biz sənə Quranı oxudacağıq və o sənin yadından çıxmayacaq.

  7. 7

    إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ

    Allahın istədiyi bundan istisnadır! Şüb­həsiz ki, O, aşkar olanı da, gizli olanı da bilir.

  8. 8

    وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ

    Biz sənə ən asan olanı (İslam dinini) müyəssər edəcəyik.

  9. 9

    فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ

    Əgər öyüd vermək fayda verirsə, sən öyüd-nəsihət ver!

  10. 10

    سَيَذَّكَّرُ مَن يَخْشَىٰ

    Allahdan qorxan nəsihəti qəbul edəcəkdir.

  11. 11

    وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى

    Bədbəxt (kafir) isə ondan uzaq duracaqdır.

  12. 12

    ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ

    O, ən böyük oda girəcəkdir.

  13. 13

    ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ

    Sonra orada nə öləcək, nə də yaşayacaqdır.

  14. 14

    قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ

    Günahlardan təmizlənən, Rəbbinin adını zikr edən və namaz qılan qurtulacaqdır.

  15. 15

    وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ

    Ayə nömrə 14. bax

  16. 16

    بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا

    Ancaq siz dünya həyatını üstün tutursunuz.

  17. 17

    وَٱلْـَٔاخِرَةُ خَيْرٌ وَأَبْقَىٰٓ

    Halbuki axirət daha xeyirli və daha əbədidir.

  18. 18

    إِنَّ هَـٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ

    Həqiqətən, bunlar əvvəlki kitablarda da mövcuddur

  19. 19

    صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ

    İbrahimin və Musanın səhifələrində.