ٱلنَّبَأ
Nəbə surəsi
40 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
عَمَّ يَتَسَآءَلُونَ
Onlar bir-birindən nə haqqında soruşurlar?
- 2
عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ
İxtilafa düşdükləri böyük xəbər (qiyamət) haqqında?
- 3
ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ
Ayə nömrə 2. bax
- 4
كَلَّا سَيَعْلَمُونَ
Xeyr! Onlar tezliklə biləcəklər.
- 5
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ
Xeyr! Xeyr! Onlar tezliklə biləcəklər.
- 6
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَـٰدًا
Biz yer üzünü döşəmədikmi?!
- 7
وَٱلْجِبَالَ أَوْتَادًا
Dağları da dirəklər etmədikmi?!
- 8
وَخَلَقْنَـٰكُمْ أَزْوَٰجًا
Sizi (kişi və qadın olmaqla) cüt yaratdıq.
- 9
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا
Yuxunuzu istirahət vasitəsi etdik.
- 10
وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًا
Gecəni (sizin üçün) örtük etdik.
- 11
وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًا
Gündüzü də (sizin üçün) çalışıb ruzi qazanma vaxtı etdik.
- 12
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا
Üstünüzdə yeddi möhkəm göy inşa etdik.
- 13
وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا
Və (orada) çox parlaq bir qəndil (günəş) yaratdıq.
- 14
وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٰتِ مَآءً ثَجَّاجًا
Topa buludlardan şırıl-şırıl tökülən su endirdik ki,
- 15
لِّنُخْرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا
Onunla (torpaqdan) toxum və bitki çıxardaq,
- 16
وَجَنَّـٰتٍ أَلْفَافًا
Və (ağacları) bir-birinə sarmaşan bağlar (yaradaq).
- 17
إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَـٰتًا
Şübhəsiz ki, (haqq ilə batili) ayırd etmə gününün vaxtı təyin edilmişdir.
- 18
يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا
Sura üfürüləcəyi gün siz dəstə-dəstə (Allahın hüzuruna) gələcəksiniz.
- 19
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًا
Göydə bir çox qapılar açılacaqdır.
- 20
وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا
Dağlar hərəkətə gətiriləcək və ilğım kimi olacaqdır.
- 21
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا
Şübhəsiz ki, cəhənnəm pusqudadır.
- 22
لِّلطَّـٰغِينَ مَـَٔابًا
O, azğınların gedəcəyi yerdir.
- 23
لَّـٰبِثِينَ فِيهَآ أَحْقَابًا
Onlar əsrlər boyu orada qalacaqlar.
- 24
لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا
Orada nə bir sərinlik tapacaq, nə də bir içki dadacaqlar.
- 25
إِلَّا حَمِيمًا وَغَسَّاقًا
Yalnız qaynar su və irin dadacaqlar.
- 26
جَزَآءً وِفَاقًا
(Etdikləri əməllərə) uyğun bir cəza olaraq!
- 27
إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًا
Həqiqətən, onlar haqq-hesab olacağını gözləmirdilər.
- 28
وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كِذَّابًا
Ayələrimizi tamamilə yalanladılar.
- 29
وَكُلَّ شَىْءٍ أَحْصَيْنَـٰهُ كِتَـٰبًا
Biz hər şeyi (lövhi-məhfuzda) bir-bir yazmışıq.
- 30
فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا
Ona görə də dadın (əzabı)! Biz sizin yalnız əzabınızı artıracağıq.
- 31
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا
Şübhəsiz, müttəqilər üçün qazandıqları uğurun mükafatı vardır;
- 32
حَدَآئِقَ وَأَعْنَـٰبًا
Bağlar, üzümlüklər,
- 33
وَكَوَاعِبَ أَتْرَابًا
Sinələri tumurcuqlanmış həmyaşıd qızlar,
- 34
وَكَأْسًا دِهَاقًا
(İçki ilə) dolu qədəhlər!
- 35
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّٰبًا
Orada nə boş söz, nə də yalan eşidəcəklər.
- 36
جَزَآءً مِّن رَّبِّكَ عَطَآءً حِسَابًا
Rəbbindən bir mükafat və artıqlaması ilə verilən bəxşiş olaraq!
- 37
رَّبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا
(Bunlar) göylərin, yerin və onların arasındakıların mərhəmətli Rəbbi tərəfindəndir. Onlar Onun hüzurunda (izni olmadan) danışa bilməzlər.
- 38
يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَـٰٓئِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَقَالَ صَوَابًا
Ruh (Cəbrail) və mələklərin səf-səf duracaqları gün yalnız Rəhman olan Allahın izin verdiyi kimsə danışa biləcək, o da həqiqəti söyləyəcəkdir.
- 39
ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا
O, haqq olan gündür. Elə isə istəyən Rəbbinə gedən bir yol tutar.
- 40
إِنَّآ أَنذَرْنَـٰكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَـٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا
Həqiqətən, Biz sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan (dünyada ikən) etdiyi əməllərinə baxacaqdır. Kafir isə: “Kaş mən torpaq olaydım!” - deyəcəkdir.