ٱلْمُرْسَلَات
Mürsəlat surəsi
50 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
وَٱلْمُرْسَلَـٰتِ عُرْفًا
And olsun bir-birinin ardınca göndərilənlərə (küləklərə)!
- 2
فَٱلْعَـٰصِفَـٰتِ عَصْفًا
And olsun şiddətli fırtınalara!
- 3
وَٱلنَّـٰشِرَٰتِ نَشْرًا
And olsun (yağışı) yaydıqca yayanlara!
- 4
فَٱلْفَـٰرِقَـٰتِ فَرْقًا
And olsun (haqq ilə batili) bir-birindən ayıranlara!
- 5
فَٱلْمُلْقِيَـٰتِ ذِكْرًا
And olsun (möminlərə) üzr dilətmək, yaxud (kafirlərə) xəbərdarlıq etmək üçün Zikri (Quranı) gətirənlərə!
- 6
عُذْرًا أَوْ نُذْرًا
Ayə nömrə 5. bax
- 7
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ
Sizə vəd olunan (qiyamət) mütləq baş verəcəkdir!
- 8
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ
Ulduzlar sönəcəyi zaman,
- 9
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ
Göy yarılacağı zaman,
- 10
وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ
Dağlar toz olub göyə sovrulacağı zaman,
- 11
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ
Peyğəmbərlərin (ümmətləri barədə şahidlik etmə) vaxtı təyin olunacağı zaman,
- 12
لِأَىِّ يَوْمٍ أُجِّلَتْ
(Belə deyiləcək:) “Onlara hansı günə qədər vaxt verilmişdir?”
- 13
لِيَوْمِ ٱلْفَصْلِ
(Belə cavab veriləcək:) “Ayırd etmə gününə qədər!”
- 14
وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ
(Ey Peyğəmbər!) Ayırd etmə gününün nə olduğunu sən haradan biləsən?!
- 15
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
O gün haqqı yalanlayanların vay halına!
- 16
أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ
Biz əvvəlkiləri məhv etmədikmi?!
- 17
ثُمَّ نُتْبِعُهُمُ ٱلْـَٔاخِرِينَ
Sonra gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
- 18
كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ
Biz günahkarlarla belə rəftar edirik.
- 19
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
O gün haqqı yalanlayanların vay halına!
- 20
أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ
(Ey insanlar!) Biz sizi zəif bir sudan yaratmadıqmı?!
- 21
فَجَعَلْنَـٰهُ فِى قَرَارٍ مَّكِينٍ
Onu möhkəm bir yerə (ana bətninə) yerləşdirdik,
- 22
إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ
Müəyyən bir müddətə qədər.
- 23
فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَـٰدِرُونَ
Biz buna qadir olduq. Biz nə qədər də qüdrətliyik!
- 24
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
O gün haqqı yalanlayanların vay halına!
- 25
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا
Biz yer üzünü dirilər və ölülər üçün toplanma yeri etmədikmi?!
- 26
أَحْيَآءً وَأَمْوَٰتًا
Ayə nömrə 25. bax
- 27
وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَـٰمِخَـٰتٍ وَأَسْقَيْنَـٰكُم مَّآءً فُرَاتًا
Orada yüksək dağlar yaratdıq və sizə şirin su içirtdik.
- 28
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
O gün haqqı yalanlayanların vay halına!
- 29
ٱنطَلِقُوٓا۟ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ
(O gün kafirlərə belə deyiləcək:) “Yalan hesab etdiyinizə (cəhənnəmə) tərəf gedin!
- 30
ٱنطَلِقُوٓا۟ إِلَىٰ ظِلٍّ ذِى ثَلَـٰثِ شُعَبٍ
Üç qola ayrılmış kölgəyə tərəf gedin!”
- 31
لَّا ظَلِيلٍ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ
O nə kölgəlik olar, nə də alovdan qoruyar.
- 32
إِنَّهَا تَرْمِى بِشَرَرٍ كَٱلْقَصْرِ
O, saray qədər böyük qığılcımlar saçar.
- 33
كَأَنَّهُۥ جِمَـٰلَتٌ صُفْرٌ
O (qığılcımlar), sarı dəvələr kimidir.
- 34
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
O gün haqqı yalanlayanların vay halına!
- 35
هَـٰذَا يَوْمُ لَا يَنطِقُونَ
Bu, (kafirlərin) danışa bilməyəcəkləri gündür.
- 36
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ
Onların üzrxahlıq etmələrinə də icazə verilməz.
- 37
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
O gün haqqı yalanlayanların vay halına!
- 38
هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ۖ جَمَعْنَـٰكُمْ وَٱلْأَوَّلِينَ
Bu, ayırd etmə günüdür. Sizi də, əvvəlkiləri də bir yerə topladıq.
- 39
فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ
Əgər sizin bir hiyləniz varsa, Mənə hiylə qurun!
- 40
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
O gün haqqı yalanlayanların vay halına!
- 41
إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَـٰلٍ وَعُيُونٍ
Şübhəsiz, müttəqilər kölgəliklərdə və çeşmə başlarında olacaqlar.
- 42
وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ
İstədikləri meyvələrin arasında olacaqlar.
- 43
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ
(Onlara belə deyiləcək:) “Etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin-için!”
- 44
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
- 45
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
O gün haqqı yalanlayanların vay halına!
- 46
كُلُوا۟ وَتَمَتَّعُوا۟ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ
(Ey kafirlər!) Hələlik yeyin və kef çəkin. Həqiqətən, siz günahkarlarsınız.
- 47
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
O gün haqqı yalanlayanların vay halına!
- 48
وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُوا۟ لَا يَرْكَعُونَ
Onlara: “Rüku edin!” - deyildiyi zaman onlar rüku etməzlər.
- 49
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
O gün haqqı yalanlayanların vay halına!
- 50
فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ
Onlar bundan (Quran nazil olduqdan) sonra daha hansı sözə inanacaqlar?!