ٱلْإِنسَان
İnsan surəsi
31 ayə · Mədinədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
هَلْ أَتَىٰ عَلَى ٱلْإِنسَـٰنِ حِينٌ مِّنَ ٱلدَّهْرِ لَمْ يَكُن شَيْـًٔا مَّذْكُورًا
İnsanın xatırlanmağa layiq olmadığı uzun bir müddət ötüb-keçmədimi?!
- 2
إِنَّا خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَـٰهُ سَمِيعًۢا بَصِيرًا
Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik.
- 3
إِنَّا هَدَيْنَـٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا
Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun.
- 4
إِنَّآ أَعْتَدْنَا لِلْكَـٰفِرِينَ سَلَـٰسِلَا۟ وَأَغْلَـٰلًا وَسَعِيرًا
Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.
- 5
إِنَّ ٱلْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا
Şübhəsiz ki, yaxşı əməl sahibləri kafur qatılmış (cənnət içkisi ilə dolu) badədən içəcəklər.
- 6
عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا
Allahın qullarının içdiyi çeşmədən! Onu (istədikləri tərəfə) axıdacaqlar.
- 7
يُوفُونَ بِٱلنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُۥ مُسْتَطِيرًا
Onlar verdikləri sözü yerinə yetirər və vahiməsi hər yeri bürüyəcək o gündən qorxarlar.
- 8
وَيُطْعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا
Onlar öz nəfsləri çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
- 9
إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءً وَلَا شُكُورًا
(Onlar yemək yedirdikləri kimsələrə belə deyərlər:) “Sizi yalnız Allah rizası üçün yedirdirik. Sizdən nə bir əvəz, nə də bir təşəkkür istəyirik.
- 10
إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا
Şübhəsiz ki, biz çətin və ağır bir günə görə Rəbbimizdən qorxuruq”.
- 11
فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلْيَوْمِ وَلَقَّىٰهُمْ نَضْرَةً وَسُرُورًا
Buna görə də Allah onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir.
- 12
وَجَزَىٰهُم بِمَا صَبَرُوا۟ جَنَّةً وَحَرِيرًا
Səbir etdiklərinə görə Allah onları cənnətlə və ipəkdən libaslarla mükafatlandıracaqdır.
- 13
مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا
Orada taxtlara söykənib oturacaqlar. Orada nə qızmar günəş, nə də şaxta görəcəklər.
- 14
وَدَانِيَةً عَلَيْهِمْ ظِلَـٰلُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا
Oranın kölgələri onlara yaxınlaşacaq, meyvələri də onların tam ixtiyarına veriləcək.
- 15
وَيُطَافُ عَلَيْهِم بِـَٔانِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا۠
Onların ətrafında gümüş qablar və büllur qədəhlər dolaşdırılacaq.
- 16
قَوَارِيرَا۟ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا
Gümüşdən olan bu büllur qədəhləri onların istədikləri ölçüdə hazırlamışlar.
- 17
وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا
Orada onlara zəncəfil qatılmış (cənnət içkisi ilə dolu) badə içirdiləcəkdir.
- 18
عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًا
(Bu zəncəfil) oradakı Səlsəbil adlanan bir çeşmədəndir.
- 19
۞ وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنثُورًا
Onların ətrafında daim gənc qalan cavanlar dolanacaqlar. Onları gördüyün zaman səpələnmiş inci olduqlarını zənn edərsən.
- 20
وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا
Orada hara baxsan, çoxlu naz-nemət və böyük bir səltənət görərsən.
- 21
عَـٰلِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوٓا۟ أَسَاوِرَ مِن فِضَّةٍ وَسَقَىٰهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا
Onların üstündə taftadan və atlazdan yaşıl paltarlar olacaqdır. Onlara gümüş bilərziklər taxılacaq və Rəbbi onlara tərtəmiz bir içki içirdəcəkdir.
- 22
إِنَّ هَـٰذَا كَانَ لَكُمْ جَزَآءً وَكَانَ سَعْيُكُم مَّشْكُورًا
(Onlara belə deyiləcək:) “Bu sizin mükafatınızdır. Sizin (dünyadakı) səylərinizin əvəzi verilmişdir”.
- 23
إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ تَنزِيلًا
(Ey Peyğəmbər!) Şübhəsiz ki, Biz sənə Quranı hissə-hissə nazil etdik.
- 24
فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ ءَاثِمًا أَوْ كَفُورًا
Ona görə də sən Rəbbinin hökmünə (boyun əyib) səbir et və onlardan günahkar, yaxud nankor olana boyun əymə!
- 25
وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا
Səhər-axşam Rəbbinin adını zikr et!
- 26
وَمِنَ ٱلَّيْلِ فَٱسْجُدْ لَهُۥ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا
Gecənin bir vaxtında Ona səcdə et və gecə uzun bir müddət Onu təsbeh et!
- 27
إِنَّ هَـٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلْعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمْ يَوْمًا ثَقِيلًا
Həqiqətən, bunlar tez keçib gedəni (dünyanı) sevirlər, ağır bir günü (axirəti) isə ehmal edirlər.
- 28
نَّحْنُ خَلَقْنَـٰهُمْ وَشَدَدْنَآ أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَآ أَمْثَـٰلَهُمْ تَبْدِيلًا
Onları yaradan da, qüvvətli edən də Bizik. Əgər istəsək, onları bənzərləri ilə əvəz edərik.
- 29
إِنَّ هَـٰذِهِۦ تَذْكِرَةٌ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا
Həqiqətən, bu (Quran), bir öyüddür. İstəyən, Rəbbinə tərəf bir yol tutar.
- 30
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
Allah diləməyincə, siz diləyə bilməzsiniz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.
- 31
يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّـٰلِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًۢا
O, dilədiyini Öz mərhəmətinə nail edər. Zalımlar üçün isə şiddətli bir əzab hazırlamışdır.