ٱلْكَوْثَر

Kövsər surəsi

3 ayə · Məkkədə nazil olmuşdur

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

  1. 1

    إِنَّآ أَعْطَيْنَـٰكَ ٱلْكَوْثَرَ

    (Ey Peyğəmbər!) Biz sənə Kövsəri verdik. (“Kövsər” kəlməsinə “cənnətdəki kövsər hovuzu, bol nemətlər, Quran, elm və şərəf” kimi mənalar verilmişdir.)

  2. 2

    فَصَلِّ لِرَبِّكَ وَٱنْحَرْ

    Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!

  3. 3

    إِنَّ شَانِئَكَ هُوَ ٱلْأَبْتَرُ

    Şübhəsiz ki, sənə düşmənçilik edənin özü sonsuzdur.