ٱلْمَاعُون
Maun surəsi
7 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ
Haqq-hesab gününü yalan hesab edəni gördünmü?!
- 2
فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ
O elə kimsədir ki, yetimi qovar,
- 3
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
Və heç kimi yoxsulu yedirtməyə təşviq etməz.
- 4
فَوَيْلٌ لِّلْمُصَلِّينَ
Vay o namaz qılanların halına ki,
- 5
ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ
Onlar namazlarına səhlənkar yanaşırlar.
- 6
ٱلَّذِينَ هُمْ يُرَآءُونَ
Onlar riyakarlıq edirlər.
- 7
وَيَمْنَعُونَ ٱلْمَاعُونَ
Az bir şey verməkdən belə boyun qaçırırlar.