ٱلْكَافِرُون
Kafirun surəsi
6 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
قُلْ يَـٰٓأَيُّهَا ٱلْكَـٰفِرُونَ
De: “Ey kafirlər!
- 2
لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ
Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm!
- 3
وَلَآ أَنتُمْ عَـٰبِدُونَ مَآ أَعْبُدُ
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
- 4
وَلَآ أَنَا۠ عَابِدٌ مَّا عَبَدتُّمْ
Mən də sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
- 5
وَلَآ أَنتُمْ عَـٰبِدُونَ مَآ أَعْبُدُ
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
- 6
لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ
Sizin dininiz sizə, mənim dinim də mənə!