ٱلْبُرُوج
Büruc surəsi
22 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ
And olsun içində bürclər olan göyə!
- 2
وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ
And olsun vəd olunan günə!
- 3
وَشَاهِدٍ وَمَشْهُودٍ
And olsun şahidlik edənə və şahidlik edilənə!
- 4
قُتِلَ أَصْحَـٰبُ ٱلْأُخْدُودِ
Yanacaqla alovlandırılmış xəndək əhli öldürüldü. (Təfsirlərdə, bu ayədə qeyd olunan “xəndək əhli” ifadəsi haqqında belə bir rəvayət nəql olunur; Yəməndə yəhudi əsilli Zünuvas adlı bir hökmdar və onun adamları yəhudiliyi qəbul etməyən Nəcran xristianlarını xəndəyin içində qalanmış oda atıb yandırmış və özləri də onların yanmasını seyr etmişdilər.)
- 5
ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ
Ayə nömrə 4. bax
- 6
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ
O zaman onlar xəndəyin ətrafında oturub,
- 7
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌ
Möminlərə etdiklərini seyr edirdilər.
- 8
وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ
Onlardan yalnız qüdrətli və hər cür tərifə layiq olan Allaha iman gətirdikləri üçün intiqam alırdılar.
- 9
ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ
O Allah ki, göylərin və yerin hökmranlığı Ona məxsusdur. Allah hər şeyə şahiddir.
- 10
إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ
Şübhəsiz, mömin kişi və qadınlara işgəncə verib sonra da tövbə etməyənlər üçün cəhənnəm və onun yandırıb-yaxan əzabı vardır.
- 11
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ جَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ
İman gətirib yaxşı əməllər edənlər üçün isə (ağacları) altından çaylar axan cənnətlər vardır. Böyük uğur budur!
- 12
إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ
Həqiqətən, Rəbbinin (kafirləri) yaxalaması çox şiddətlidir.
- 13
إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ
Əlbəttə, yoxdan var edən də, (ölümdən sonra təkrar həyata) qaytaran da Odur.
- 14
وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ
O, çox bağışlayandır, çox sevəndir.
- 15
ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ
Ərşin sahibidir, şanı ucadır.
- 16
فَعَّالٌ لِّمَا يُرِيدُ
İstədiyini edəndir.
- 17
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ
(Ey Peyğəmbər!) Ordular barəsindəki xəbərlər sənə gəlib çatdımı?
- 18
فِرْعَوْنَ وَثَمُودَ
Firon və Səmudun orduları!
- 19
بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍ
Xeyr! Kafirlər hələ də təkzib edirlər.
- 20
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ
Allah isə onları hər tərəfdən əhatə etmişdir.
- 21
بَلْ هُوَ قُرْءَانٌ مَّجِيدٌ
Xeyr! O, uca bir Qurandır!
- 22
فِى لَوْحٍ مَّحْفُوظٍۭ
Qorunan lövhədədir (lövhi-məhfuzdadır).