ٱلتَّكْوِير

Təkvir surəsi

29 ayə · Məkkədə nazil olmuşdur

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

  1. 1

    إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ

    Günəş sarınıb büküləcəyi zaman,

  2. 2

    وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ

    Ulduzlar sönüb töküləcəyi zaman,

  3. 3

    وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ

    Dağlar hərəkətə gətiriləcəyi zaman,

  4. 4

    وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ

    On aylıq boğaz dəvələr başlı-başına buraxılacağı zaman,

  5. 5

    وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ

    Vəhşi heyvanlar bir yerə yığılacağı za­man,

  6. 6

    وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ

    Dənizlər qaynayıb daşacağı zaman,

  7. 7

    وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ

    Ruhlar bədənlərə qovuşacağı zaman,

  8. 8

    وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ

    Diri-diri torpağa basdırılan qız uşağının hansı günaha görə öldürüldüyü soruşulacağı zaman,

  9. 9

    بِأَىِّ ذَنۢبٍ قُتِلَتْ

    Ayə nömrə 8. bax

  10. 10

    وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ

    Səhifələr (əməl dəftərləri) açılacağı zaman,

  11. 11

    وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ

    Göy sıyrılaraq qopardılacağı zaman,

  12. 12

    وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ

    Cəhənnəm alovlandırılacağı zaman,

  13. 13

    وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ

    Və cənnət yaxınlaşdırılacağı zaman,

  14. 14

    عَلِمَتْ نَفْسٌ مَّآ أَحْضَرَتْ

    Hər kəs (axirət üçün) nə gətirdiyini biləcəkdir!

  15. 15

    فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ

    And içirəm (gecə) görünüb (gündüz) gizlənən ulduzlara,

  16. 16

    ٱلْجَوَارِ ٱلْكُنَّسِ

    Üzüb gedən və qayıdıb gizlənən səyyarələrə,

  17. 17

    وَٱلَّيْلِ إِذَا عَسْعَسَ

    Qaralmağa üz tutan gecəyə,

  18. 18

    وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ

    Və ağarmağa üz tutan dan yerinə!

  19. 19

    إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

    O (Quran), dəyərli bir elçinin (Cəbrailin) sözüdür.

  20. 20

    ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍ

    O elçi güclüdür, Ərşin sahibi yanında çox hörmətlidir.

  21. 21

    مُّطَاعٍ ثَمَّ أَمِينٍ

    Orada (mələklər tərəfindən) itaət ediləndir, mötəbərdir.

  22. 22

    وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ

    Sizin yoldaşınız (Mühəmməd) divanə deyildir.

  23. 23

    وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ

    Həqiqətən, onu (Cəbraili) açıqaydın üfüqdə görmüşdü.

  24. 24

    وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍ

    O, qeyb xəbərləri barəsində xəsis deyildir.

  25. 25

    وَمَا هُوَ بِقَوْلِ شَيْطَـٰنٍ رَّجِيمٍ

    O (Quran), qovulmuş şeytanın sözü deyildir.

  26. 26

    فَأَيْنَ تَذْهَبُونَ

    Elə isə (ondan üz döndərib) hara gedirsiniz?

  27. 27

    إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَـٰلَمِينَ

    O (Quran), aləmlər üçün yalnız bir öyüddür,

  28. 28

    لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ

    Sizdən doğru yolda getmək istəyənlər üçün.

  29. 29

    وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ

    Aləmlərin Rəbbi olan Allah istəmədikcə, siz istəyə bilməzsiniz.