ٱلْعَلَق
Ələq surəsi
19 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ
Yaradan Rəbbinin adı ilə oxu!
- 2
خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ
O, insanı ələqdən (laxtalanmış qandan) yaratdı.
- 3
ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ
Oxu! Rəbbin ən böyük kərəm sahibidir.
- 4
ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ
O, qələmi (yazmağı) öyrətdi.
- 5
عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ
O, insana bilmədiklərini öyrətdi. (Yuxarıdakı beş ayə Həzrət Peyğəmbər Məkkədəki Hira mağarasında olarkən nazil olan ilk ayələrdir.)
- 6
كَلَّآ إِنَّ ٱلْإِنسَـٰنَ لَيَطْغَىٰٓ
Xeyr! Həqiqətən, insan çox azğınlıq edir.
- 7
أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ
Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür.
- 8
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ
Şübhəsiz ki, axır dönüş Rəbbinədir.
- 9
أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ
Namaz qılan bir bəndəyə mane olanı gördünmü?!
- 10
عَبْدًا إِذَا صَلَّىٰٓ
Ayə nömrə 9. bax
- 11
أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ
De görək, əgər o bəndə doğru yoldadırsa,
- 12
أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ
Yaxud təqvanı (Allahdan qorxmağı) əmr edirsə, onda necə?!
- 13
أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
De görək, əgər o haqqı yalanlayır və üz döndərirsə, onda necə?!
- 14
أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
O bilmirmi ki, Allah (onu) görür?!
- 15
كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ
Xeyr! Əgər (bu əməllərinə) son qoymazsa, onun kəkilindən tutacağıq
- 16
نَاصِيَةٍ كَـٰذِبَةٍ خَاطِئَةٍ
O yalançı, günahkar kəkilindən!
- 17
فَلْيَدْعُ نَادِيَهُۥ
Qoy o öz tərəfdarlarını çağırsın.
- 18
سَنَدْعُ ٱلزَّبَانِيَةَ
Biz də zəbaniləri (cəhənnəm mələklərini) çağıracağıq.
- 19
كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩
Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş! (Təfsirlərdə qeyd olunduğuna görə, bu ayələr Həzrət Peyğəmbər namaz qılarkən ona əziyyət verən Əbu Cəhl haqqında nazil olmuşdur.)