ٱلْوَاقِعَة
Vaqiə surəsi
96 ayə · Məkkədə nazil olmuşdur
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
- 1
إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ
Qiyamət qopduğu zaman!
- 2
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ
Onun qopacağını heç kim inkar edə bilməz.
- 3
خَافِضَةٌ رَّافِعَةٌ
O, kimini alçaldar, kimini də ucaldar.
- 4
إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّا
Yer şiddətlə sarsıldığı zaman,
- 5
وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّا
dağlar parçalanıb ovxalanaraq səpələnmiş toz kimi olduğu zaman,
- 6
فَكَانَتْ هَبَآءً مُّنۢبَثًّا
Ayə nömrə 5. bax
- 7
وَكُنتُمْ أَزْوَٰجًا ثَلَـٰثَةً
Siz üç firqəyə ayrılacaqsınız.
- 8
فَأَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ
Sağ tərəfdəkilər! Nə xoşbəxtdir sağ tərəfdəkilər!
- 9
وَأَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ
Sol tərəfdəkilər! Nə bədbəxtdir sol tərəfdəkilər!
- 10
وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ
(Yaxşı əməldə) öndə olanlar (mükafatda da) öndədirlər!
- 11
أُو۟لَـٰٓئِكَ ٱلْمُقَرَّبُونَ
Onlar Allaha yaxın kimsələrdir.
- 12
فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ
Nəim cənnətlərində!
- 13
ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ
Onların çoxu əvvəlkilərdəndir.
- 14
وَقَلِيلٌ مِّنَ ٱلْـَٔاخِرِينَ
Bir qismi də sonrakılardandır.
- 15
عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ
Onlar bəzədilmiş taxtlarda əyləşəcəklər.
- 16
مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَـٰبِلِينَ
Taxtların üstündə qarşı-qarşıya əyləşib söykənəcəklər.
- 17
يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌ مُّخَلَّدُونَ
Onların ətrafında həmişəcavan (xidmətçi) gənclər dolanacaqlar.
- 18
بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ
Şərab bulağından doldurulmuş badələr, kuzələr və qədəhlərlə!
- 19
لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ
Ondan nə başları ağrıyar, nə də ağılları gedər.
- 20
وَفَـٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ
(Onlar üçün) bəyəndikləri meyvələr,
- 21
وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ
Arzuladıqları quş əti,
- 22
وَحُورٌ عِينٌ
Və irigözlü hurilər vardır.
- 23
كَأَمْثَـٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ
Onlar qorunub saxlanan inci kimidirlər.
- 24
جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ
Bu, onlara etdikləri əməllərin mükafatı olaraq veriləcəkdir.
- 25
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا
Onlar orada “Salam! Salam!” sözlərindən başqa nə boş bir söz, nə də günaha aparan bir şey eşidəcəklər.
- 26
إِلَّا قِيلًا سَلَـٰمًا سَلَـٰمًا
Ayə nömrə 25. bax
- 27
وَأَصْحَـٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَـٰبُ ٱلْيَمِينِ
Sağ tərəfdəkilər! Nə xoşbəxtdir sağ tərəfdəkilər!
- 28
فِى سِدْرٍ مَّخْضُودٍ
Onlar tikansız sidr ağacları arasında,
- 29
وَطَلْحٍ مَّنضُودٍ
(Meyvələri) salxım-salxım sallanmış banan ağacları arasında,
- 30
وَظِلٍّ مَّمْدُودٍ
Uzanmış kölgələr altında,
- 31
وَمَآءٍ مَّسْكُوبٍ
Daim axan suyun kənarında,
- 32
وَفَـٰكِهَةٍ كَثِيرَةٍ
Çoxlu meyvələr arasında olacaqlar.
- 33
لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ
O məyvələr nə tükənər, nə də qadağan olunar.
- 34
وَفُرُشٍ مَّرْفُوعَةٍ
Onlar hündür döşəklərdə oturacaqlar.
- 35
إِنَّآ أَنشَأْنَـٰهُنَّ إِنشَآءً
Həqiqətən, Biz qadınları yenidən başqa bir gözəllikdə yaradacağıq.
- 36
فَجَعَلْنَـٰهُنَّ أَبْكَارًا
Biz onları ərlərini sevən həmyaşıd bakirə qızlar edəcəyik.
- 37
عُرُبًا أَتْرَابًا
Ayə nömrə 36. bax
- 38
لِّأَصْحَـٰبِ ٱلْيَمِينِ
Onlar sağ tərəfdəkilər üçündür.
- 39
ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ
Onların bir qismi əvvəlkilərdən,
- 40
وَثُلَّةٌ مِّنَ ٱلْـَٔاخِرِينَ
Bir qismi də sonrakılardandır.
- 41
وَأَصْحَـٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَـٰبُ ٱلشِّمَالِ
Sol tərəfdəkilər! Nə bədbəxtdir sol tərəfdəkilər!
- 42
فِى سَمُومٍ وَحَمِيمٍ
Onlar qızmar yel və qaynar su içində,
- 43
وَظِلٍّ مِّن يَحْمُومٍ
Qapqara tüstü kölgəsi altında olacaqlar.
- 44
لَّا بَارِدٍ وَلَا كَرِيمٍ
O nə sərin, nə də xoşagələndir.
- 45
إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ
Onlar bundan əvvəl bolluq içində idilər.
- 46
وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ
Onlar böyük günah işləməkdə israr edirdilər.
- 47
وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ
Onlar belə deyirdilər: “Biz ölüb torpaq və sür-sümük olduqdan sonra təkrar dirildiləcəyik?
- 48
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ
Əvvəlki atalarımız da?”
- 49
قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْـَٔاخِرِينَ
De: “Heç şübhəsiz, əvvəlkilər də, sonrakılar da,
- 50
لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَـٰتِ يَوْمٍ مَّعْلُومٍ
Məlum bir günün (axirət gününün) müəyyən vaxtında toplanacaqlar.
- 51
ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ
Sonra siz, ey haqq yoldan azanlar, haqqı yalanlayanlar!
- 52
لَـَٔاكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ
Şübhəsiz ki, zəqqum ağacından yeyəcəksiniz.
- 53
فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ
Qarınlarınızı onunla dolduracaqsınız.
- 54
فَشَـٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ
Onun üstündən də qaynar su içəcəksiniz.
- 55
فَشَـٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ
Həm də susamış dəvələrin içdiyi kimi içəcəksiniz.
- 56
هَـٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ
Bu onların haqq-hesab günündəki ziyafətidir.
- 57
نَحْنُ خَلَقْنَـٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ
Sizi Biz yaratdıq. (Elə isə təkrar dirilməni) təsdiqləməli deyilsinizmi?
- 58
أَفَرَءَيْتُم مَّا تُمْنُونَ
Elə isə deyin görək, (ana rəhminə) atdığınız nədir?
- 59
ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَـٰلِقُونَ
Onu siz yaradırsınız, yoxsa Biz?!
- 60
نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ
Sizin aranızda ölümü də Biz müəyyənləşdirdik. Sizin yerinizə bənzərlərinizi gətirməkdə və sizi bilmədiyiniz bir şəkildə yenidən yaratmaqda heç kim Bizə mane ola bilməz!
- 61
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَـٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ
Ayə nömrə 60. bax
- 62
وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ
Şübhəsiz ki, siz ilk yaradılışı bilirsiniz. Elə isə düşünüb ibrət almalı deyilsinizmi?
- 63
أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ
Bəs əkdikləriniz barədə nə deyirsiniz?
- 64
ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٰرِعُونَ
Onu siz bitirirsiniz, yoxsa Biz?
- 65
لَوْ نَشَآءُ لَجَعَلْنَـٰهُ حُطَـٰمًا فَظَلْتُمْ تَفَكَّهُونَ
Əgər Biz istəsəydik, əlbəttə, onu bir saman çöpünə çevirərdik. Siz də təəccüb içində qalıb:
- 66
إِنَّا لَمُغْرَمُونَ
“Həqiqətən, biz ziyana uğramışıq.
- 67
بَلْ نَحْنُ مَحْرُومُونَ
Daha doğrusu biz (ruzimizdən) məhrum qalmışıq”, - (deyərdiniz).
- 68
أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ
Bəs içdiyiniz su barədə nə deyirsiniz?
- 69
ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ
Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
- 70
لَوْ نَشَآءُ جَعَلْنَـٰهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ
Əgər Biz istəsəydik, onu duzlu edərdik. Bunun üçün şükür etməli deyilsinizmi?!
- 71
أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ
Bəs yandırdığınız od barədə nə deyirsiniz?
- 72
ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ
Onun ağacını siz yaradırsınız, yoxsa Biz?
- 73
نَحْنُ جَعَلْنَـٰهَا تَذْكِرَةً وَمَتَـٰعًا لِّلْمُقْوِينَ
Biz onu ibrət olsun və yolçular istifadə etsin deyə yaratdıq.
- 74
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ
Ona görə də uca Rəbbinin adını təsbeh et!
- 75
۞ فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ
Ulduzların doğub-batdığı yerlərə and içirəm!
- 76
وَإِنَّهُۥ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ
Kaş bunun böyük bir and olduğunu biləydiniz.
- 77
إِنَّهُۥ لَقُرْءَانٌ كَرِيمٌ
O, həqiqətən, dəyərli Qurandır.
- 78
فِى كِتَـٰبٍ مَّكْنُونٍ
Qorunmuş bir Kitabdadır (Lövhi-məhfuzdadır).
- 79
لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ
Pak olanlardan (mələklərdən) başqası ona toxuna bilməz.
- 80
تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ
O (Quran), aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
- 81
أَفَبِهَـٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ
İndi siz bu sözümü yalanlayırsınız?!
- 82
وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ
Sizə verilən ruzini təkzib edərəkmi şükür edirsiniz?!
- 83
فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ
Can boğaza çatdığı zaman - o an siz (can verən adama) baxıb qalırsınız.
- 84
وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ
Ayə nömrə 83. bax
- 85
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَـٰكِن لَّا تُبْصِرُونَ
Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsünüz.
- 86
فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ
Əgər (öldükdən sonra) haqq-hesaba çəkiləsi deyilsinizsə,
- 87
تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَـٰدِقِينَ
Və doğru deyirsinizsə, onu (o canı) geri gətirin!
- 88
فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ
Ancaq (ölən insan) Allaha yaxın olanlardandırsa,
- 89
فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ
Onun üçün rahatlıq, gözəl ruzi və Nəim cənnəti vardır.
- 90
وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ
Əgər sağ tərəfdəkilərdəndirsə,
- 91
فَسَلَـٰمٌ لَّكَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ
(Ona belə deyilər:) “Sağ tərəfdəkilərdən sənə salam olsun!”
- 92
وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ
Əgər haqqı yalanlayıb doğru yoldan azanlardandırsa,
- 93
فَنُزُلٌ مِّنْ حَمِيمٍ
Onun üçün qaynar su ziyafəti olacaqdır.
- 94
وَتَصْلِيَةُ جَحِيمٍ
O, cəhənnəmə atılacaqdır.
- 95
إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ
Şübhəsiz ki, bu, danılmaz həqiqətdir.
- 96
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ
Elə isə uca Rəbbinin adını təsbeh et!