ٱلْمَسَد

Məsəd surəsi

5 ayə · Məkkədə nazil olmuşdur

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

  1. 1

    تَبَّتْ يَدَآ أَبِى لَهَبٍ وَتَبَّ

    Əbu Ləhəbin əlləri qurusun, qurudu da!

  2. 2

    مَآ أَغْنَىٰ عَنْهُ مَالُهُۥ وَمَا كَسَبَ

    Nə mal-mülkü, nə də övladları ona bir fayda verdi.

  3. 3

    سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ

    O, alovlu bir oda girəcəkdir.

  4. 4

    وَٱمْرَأَتُهُۥ حَمَّالَةَ ٱلْحَطَبِ

    Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir).

  5. 5

    فِى جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍۭ

    Arvadının boynunda xurma lifindən ip olacaqdır.