ٱلتَّكَاثُر

Təkasür surəsi

8 ayə · Məkkədə nazil olmuşdur

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

  1. 1

    أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ

    Çoxluqla öyünmək sizin başınızı o qədər qatdı ki,

  2. 2

    حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ

    Hətta qəbirləri də ziyarət etdiniz. (Təfsirlərdə qeyd edilən rəvayətə görə, müşriklər oğullarının, qohumlarının və mal-mülklərinin çoxluğu ilə qürrələnir və bu xüsusda bir-birləri ilə yarışırdılar. Hətta bu mübahisələr o həddə çatmışdı ki, onlar diriləri ilə kifayətlənməyib ölülərinin çoxluğu ilə öyünməyə başlamış və bu məqsədlə qəbiristanlığın yolunu tutmuşdular.)

  3. 3

    كَلَّا سَوْفَ تَعْلَمُونَ

    Xeyr! Siz tezliklə biləcəksiniz!

  4. 4

    ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ

    Xeyr, xeyr! Siz tezliklə biləcəksiniz!

  5. 5

    كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ

    Xeyr! Əgər (həqiqəti) yəqinliklə bilsəydiniz, (belə işlərlə məşğul olmazdınız.)

  6. 6

    لَتَرَوُنَّ ٱلْجَحِيمَ

    Həqiqətən, siz cəhənnəmi görəcəksiniz.

  7. 7

    ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ

    Sonra, şübhəsiz ki, onu öz gözünüzlə mütləq görəcəksiniz.

  8. 8

    ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ

    Sonra o gün bütün nemətlərdən mütləq sorğu-sual olunacaqsınız.